3 yaşlı uşağın qida borusundan 19 maqnit çıxarıldı-FOTO

22:52 - 05 Oktyabr 2025

3 yaşlı uşağın qida borusundan 19 maqnit çıxarıldı-FOTO

Türkiyənin Elazığ vilayətində 3 yaşlı uşağın qida borusundan 19 ədəd maqnit çıxarılıb.


Manset.az yerli KİV-ə istinadən xəbər verir ki, evdə oynayarkən uşağın halı qəfil pisləşib.

Ailəsi onu təcili yardımla Ərzurum Şəhər Xəstəxanasına aparıb.

İlkin müayinədən sonra uşaq təcili yardım helikopteri ilə Elazığdakı Fırat Universitetinin (FÜ) Xəstəxanasına təxliyə olunub. Müayinələr nəticəsində məlum olub ki, maqnitlər uşağın qida borusuna yapışıb və onu müəyyən qədər zədələyib. Bundan sonra azyaşlı təcili əməliyyat edilib.

Səhər saatlarında uşağın ümumi vəziyyəti yaxşı olduğundan evə buraxılıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az