“Dezinformasiyalar uşaqlara təsir edən əsas zərərli informasiyalardan biridir. Bu məsələdə də valideynlər diqqətli olmalıdır”.
Manset.az xəbər verir ki, bu fikirləri BMT-nin Uşaq Hüquqları Komitəsinin sədri, İnsan Hüquqları Komitəsinin sabiq sədri, Gürcüstan Parlamentinin üzvü, professor Sofia Kiladze Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkil etdiyi “Uşaqların zərərli informasiyadan qorunması” mövzusunda keçirilən təlimdə səsləndirib.
BMT rəsmisi qeyd edib ki, azyaşlıların zərərli informasiyalardan qorunması yolunda təkcə valideynlər deyil, bağça, məktəb və s. onların kollektiv halda toplaşdıqları müəssisələr də böyük məsuliyyət daşıyır.
Fidan Vəlisoy