İnnovasiya lideri Bakcell-in süni intellekt əsaslı lotereyası davam edir.
Lotereyanın ilk qalibi “iPhone 17” qazanan Rafael İmamverdiyev oldu. Abunəçilər
lotereyada hər gün “iPhone 17”, hər həftə “Zeekr 001” və sonda “Porsche
Cayenne” avtomobili qazanmaq şansı əldə edirlər.
İstifadəçilər lotereyada Bakcellin “Şans” paketlərini əldə edərək qalib olma
şanslarını artıra bilərlər. “Şans” paketi istifadəçinin qalib olma şansını 8 dəfəyədək
artırır. Əlavə olaraq, hər bir “Şans” paketi ilə iştirakçılar bonus şəbəkədaxili
danışıq dəqiqələri qazanırlar. Məsələn, 1 AZN-lik “Şans” paketinə daxil olan 3
şans və 10 şəbəkədaxili danışıq dəqiqəsini *808#3#YES; 5 AZN-lik “Şans” paketinə
daxil olan 25 şans və 100 şəbəkədaxili danışıq dəqiqəsini *808#25#YES; 20
AZN-lik “Şans” paketinə isə daxil 150 şans və 400 şəbəkədaxili danışıq dəqiqəsini
*808#150#YES nömrəsini yığaraq əldə etmək mümkündür. “Şans” paketləri barədə ətraflı
məlumat ilə linkə keçid edərək tanış olmaq olar.
8 oktyabr tarixində lotereyanın ilk “Zeekr 001” avtomobilinin qalibi məlum
olacaq.
Lotereya haqqında ətraflı məlumatı Bakcell-in rəsmi lotereya səhifəsindən əldə
etmək mümkündür: lotereya.bakcell.com
"Bakcell" Azərbaycanın ilk və ən
böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini
yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə
iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan
"Bakcell" süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın
dayanıqlı inkişafına töhfə verir.
"Bakcell" müxtəlif ölkələrdə
telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət
göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə
daxildir.