Ötən
il Kapital Bank və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsi arasında bağlanan Memorandum çərçivəsində həyata keçirilən
və qızların təhsilini stimullaşdıran “Arzumuz var!” layihəsi öz məqsədinə
çatıb. Layihə çərçivəsində paytaxt Bakı, Qusar, Göyçay, Ağcabədi, İsmayıllı,
Qax, Xocalı, Qəbələ və Lənkəranda yaşayan, aztəminatlı ailələrdən olan qızların
universitetə hazırlıq xərcləri üçün təqaüd verilib. Bu il məktəbli təqaüdçülərdən
5 nəfəri ali məktəbə daxil olub. Onlardan Zeynəb Əliyeva ADPU-nun ibtidai sinif
müəllimliyi, Xəyalə Mürsəlova BSU-nun tərcüməçilik, Əminə Abdullayeva AZMİU-nun
dizayn, Aysel Cavadova BDU-nun ekologiya mühəndisliyi, Həmidə Əhmədzadə isə
ADPU-nun texnologiya müəllimliyi ixtisasına qəbul olub.
Ötən
gün layihənin iştirakçıları və tərəfdaş qurumların rəsmi nümayəndələrinin
iştirakı ilə maraqlı bir tədbir baş tutub. Tədbiri çıxış sözü ilə açan Kapital
Bank-ın İdarə Heyətinin üzvü, İnsan kapitalı və Təşkilati inkişaf üzrə Baş
inzibatçı Fərqanə Məmmədova layihənin nəticələrindən qürur duyduğunu bildirib.
“Ötən il müxtəlif regionlardan olan qızlarımıza təqaüd imkanı yaratdığımız bu
layihəyə start verəndə inanırdıq ki, nəticələri hər birimiz üçün uğurlu olacaq.
Biz çox sevincliyik ki, təqaüdçülərimiz nəticələri ilə bu inamımızı doğrultdu.
5 qızımız tələbə adına layiq görüldü. Təbii ki, bütün uğurlu nəticələr əziyyət
və zaman tələb edir. Biz bu müddətdə abituriyentlərimizə çox güvəndik, komandamız,
mentorlarımız öz təcrübələri ilə hər an onların yanında oldu. Onlarla söhbətimizdən
bir daha əmin oldum ki, layihəmizi davam etdirməli və daha çox gəncin həyatına
toxunmalıyıq. Mən bankımız adından onların hər birinə yeni həyat yolunda
uğurlar arzu edirəm. Biz missiyamızı bununla bitmiş hesab etmirik, hər zaman
onların yanındayıq və tələbəlik illərində, daha sonrakı karyera həyatlarında dəstəyimizi
yaxından hiss edəcəklər”.
Daha
sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Ceyran
Rəhmətullayeva çıxış edərək layihənin regionda yaşayan qızlarımız üçün önəmindən
danışıb. “Dövlət və özəl sektorun tərəfdaşlığı xüsusilə qızların təhsilində bərabər
imkanların yaradılmasına böyük töhfə verir. Biz artıq illərdir ki, regionda
yaşayan qızlarımızın təhsil səviyyəsinin artırılması üçün müxtəlif layihələr həyata
keçiririk. “Arzumuz var!” həm qızlarımız, həm onların ailələri, həm də
komandalarımız üçün maraqlı bir layihə oldu. Düşünürəm ki, tələbə adını qazanan
qızlarımızın uğuru layihənin digər iştirakçıları üçün də motivasiya olacaq və
biz növbəti tədris ilində daha böyük uğurun qürurunu birlikdə yaşayacağıq”.
Layihə müddətində Kapital Bank-ın layihənin icra edildiyi bölgələrdəki
filial əməkdaşları qızlara mentorluq edərək, onların ali məktəblərə hazırlığına
dəstək olublar. Həmçinin bu müddətdə bank əməkdaşları tərəfindən onlara “Daxili
gücün kəşfi”, “Kibertəhlükəsizlik”, “Yumşaq bacarıqlar” kimi bir çox mövzularda
təlimlər keçirilib. Qeyd edək ki, layihə çərçivəsində abituriyentlərin ali
məktəblərə hazırlıq xərclərinin qarşılanması nəzərdə tutulsa da bank tərəfindən
5 nəfər tələbənin universitetlər üzrə illik təhsil haqları da qarşılanıb. Bank tələbələrin
texnoloji yeniliklərə əlçatanlığını artırmaq üçün onlara kompüterlər də hədiyyə
edib.
Qeyd edək ki, təqaüd proqramına 7 yeni iştirakçı cəlb edilib.“Arzumuz
var!” layihəsi həssas qrupdan olan abituriyent qızların təhsilinə investisiya
qoyaraq, onların güclü, müstəqil və ölkənin gələcək inkişafında aparıcı rol
oynayan fərdlərə çevrilməsinə imkan yaratmağa davam edir.
Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və
Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 52 şöbəsi ilə
müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı
məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu
Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət
edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/prgtk, Birbank kartı sifarişi
üçün – https://kbl.az/prcrc.