Naxçıvan MR Sədərək rayonunda payız-qış mövsümünə hazırlıqla bağlı tədbir keçirilib.
Manset.az xəbər verir ki, icra Başçısı Naim Cahidzadə rayonda fəaliyyət göstərən müvafiq qurumların hazırlıq işləri ilə maraqlanıb, görüləcək tədbirlər və mövsümə hazırlıqla bağlı tapşırıqlarını verib.
Tədbir zamanı kommunal xidmətlərin, yol idarəsinin, təhsil, səhiyyə, mədəniyyət və digər mühüm sahələrin payız-qış mövsümünə tam hazır vəziyyətdə saxlanması ilə bağlı məsələlər diqqət mərkəzində olub.
Qarşıdakı mövsümdə vətəndaşlara fasiləsiz xidmət göstərilməsi məqsədilə bütün aidiyyəti qurumlara müvafiq göstərişlər verilib.