Hazırda 13 yolda tıxac var - SİYAHI

18:17 - 09 Oktyabr 2025

Hazırda 13 yolda tıxac var - SİYAHI

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.


Manset.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hazırda:

1. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən metronun "20 Yanvar" stansiyası istiqamətində;

2. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;

3. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində;

4. Tbilisi prospekti, metronun "20 Yanvar" stansiyasından mərkəz istiqamətində;

5. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

6. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

7. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində;

8. Babək prospekti, mərkəz istiqamətində;

9. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

10. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

11. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

12. Niyazi küçəsi, "Azneft" dairəsi istiqamətində;

13. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində sıxlıq müşahidə olunur.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az