Qardaşı tərəfindən bıçaqlanan kişi xəstəxanada öldü

21:23 - 09 Oktyabr 2025

Qardaşı tərəfindən bıçaqlanan kişi xəstəxanada öldü

Ötən gecə Lənkəranda böyük qardaşı tərəfindən bıçaqlanan kiçik qardaş xəstəxanada ölüb


Manset.az APA-ya istinadən xəbər verir ki, ötən gecə böyük qardaş 36 yaşlı Calal Abdullayev tərəfindən bıçaqlanan kiçik qardaş 22 yaşlı Camal Abdullayev bu gün axşam saatlarında Lənkəran Rayon Mərkəzi Xəstəxanasında ölüb.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, bıçaqlanma hadisəsi ötən gecə Lənkəran rayonunun Liman şəhəri ərazisində baş vermişdi. Qardaşlar arasında yaranan mübahisə zamanı böyük qardaş kiçik qardaşa kəsici-deşici alətlə xəsarət yetirmişdi. Dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunan yaralı əməliyyat blokuna alınmışdı.

Hadisədən sonra cinayət əməlini törətməkdə şübhəli bilinən 36 yaşlı C. Abdullayev polisə gələrək könüllü təslim olub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az