Vahid Ələkbərov 2 günə 1 milyard sərvət itirdi

12:11 - 25 Oktyabr 2025

Vahid Ələkbərov 2 günə 1 milyard sərvət itirdi

 ABŞ-ın yeni sanksiyaları Rusiyanın əsas neft şirkətlərinə ağır zərbə vurub.


Manset.az Musavat.com-a istinadən xəbər verir ki, “Rosneft”in səhmləri 3 faiz ucuzlaşıb və şirkət təxminən 1,56 milyard dollar dəyərində zərər görüb.

Daha kəskin eniş isə “Lukoil”də qeydə alınıb – şirkətin səhmləri 7,2 faiz dəyər itirib ki, bu da təxminən 4 milyard dollarlıq zərərə bərabərdir.

“The Moscow Times” yazır ki, “Lukoil”in əsas sahibi, Rusiyanın ən varlı milyarderi Vahid Ələkbərov cəmi iki gün ərzində 1 milyard dollardan çox sərvətini itirib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az