Türkiyədə onlarla tibb işçisi qidadan zəhərləndi

15:47 - 26 Oktyabr 2025

Türkiyədə onlarla tibb işçisi qidadan zəhərləndi

Türkiyənin Aydın vilayətində Atatürk Dövlət Xəstəxanasının 60 tibb işçisi zəhərlənib.


Manset.az bu barədə DHA agentliyinə istinadən xəbər verir.

Onlar qida zəhərlənməsi şübhəsi ilə işlədikləri xəstəxananın təcili xidmətinə müraciət etməli olublar.

Qeyd edilir ki, xəstəxana işçiləri nahardan sonra ürəkbulanma, qusma və ishaldan şikayətlənməyə başlayıblar. Məlum olub ki, halı pisləşən işçilər günorta yeməyi zamanı əsasən toyuq və toyuq məhsulları yeyiblər.

Fakt üzrə araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az