Manset.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, Dövlət Vergi Xidmətinin kommersiya qurumlarının dövlət reyestri məlumatlarından əldə edilən xəbərə görə, banka qarşı maliyyə sanksiyaları Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməyə görə tətbiq edilib.
Belə ki, 2007-ci il üzrə 4 hal üzrə ümumilikdə 160 manat, 2010-ci il üzrə 1 hal üzrə ümumilikdə 40 manat, 2012-cu il üzrə 1 hal üzrə ümumilikdə 40 manat, 2017-ci il üzrə 1 hal üzrə ümumilikdə 40 manat, 2019-cü il üzrə 1 hal üzrə ümumilikdə 40 manat və 2020-cü il üzrə 1 hal üzrə ümumilikdə 40 manat maliyyə sanksiyası tətbiq edilib.
Son beş ildə isə əvvəlki illərdən nəticə çıxaran banka qarşı heç bir maliyyə sanksiyası tətbiq edilməyib.
Xatırladaq ki, “Yelo Bank” 1994-cü ildən fəaliyyət göstərən “Nikoil Bank” ASC-nin bazasında 2019-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 378 milyon manatdır. Bankın səhmlərinin 96%-i “Topaz Investments Limited” QSC-yə, 3,9%-i Marina Kulişovaya (Bankın Müşahidə Şurasının sədri, həm də əsas səhmdarın direktoru), 0,1%-i isə “İSR Holdinq” MMC-yə məxsusdur. Bankın İdarə Heyətinin sədri isə Anar Həsənovdur.