Evdən oğurluq edən Göyərçin tutuldu - FOTO

17:45 - 28 Oktyabr 2025

Evdən oğurluq edən Göyərçin tutuldu - FOTO

Babək rayonunda evdən oğurluq edilib.


Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyindən Manset.az-a verilən xəbərə görə, Babək rayon Polis İdarəsinə rayon ərazisində yerləşən yaşayış evlərinin birindən pul oğurlanması barədə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən 24 yaşlı Göyərçin Sadiqova qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla G.Sadiqovanın qanunsuz yolla evə daxil olaraq oradan 1500 manat pul, 700 ABŞ dolları oğurladığı məlum olub.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az