Azərbaycanda bağçaların birində azyaşlıya qarşı şiddəti əks etdirən görüntülər yayılıb.
Manset.az Baku.ws-ə istinadən xəbər verir ki, iddialara görə, görüntülər Tovuz rayonunun Qovlar şəhərində yerləşən 2 nömrəli körpələr evi-uşaq bağçasında qeydə alınıb.
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, görüntülərlə bağlı Tovuz RPŞ-də araşdırma aparılır.