Bakı Avrasiya Universiteti TÜRKÜNİB-ə üzv qəbul edildi

17:40 - 30 Oktyabr 2025

Bakı Avrasiya Universiteti TÜRKÜNİB-ə üzv qəbul edildi

15 oktyabr 2025-ci il tarixində Özbəkistanın Daşkənd şəhərində keçirilən Türk Universitetlər Birliyinin (TÜRKÜNİB) 8-ci Baş Assambleyası çərçivəsində Bakı Avrasiya Universiteti (BAAU) rəsmi olaraq birliyə üzv qəbul edilib.


Manset.az xəbər verir ki, bu addım BAAU-ya Orhun Mübadilə Proqramından faydalanmaq imkanı yaradır. Proqram türk dünyası universitetləri arasında təhsil və mədəniyyət sahəsində əməkdaşlığın gücləndirilməsi, tələbə və akademik heyətin qarşılıqlı mübadiləsinin təşviqi məqsədi daşıyır. Layihə, eyni zamanda, gənc nəslin ortaq türk dəyərləri əsasında formalaşmasına xidmət edir.

Bakı Avrasiya Universitetinin TÜRKÜNİB ailəsinə qoşulması, universitetin beynəlxalq əməkdaşlıq əlaqələrinin genişlənməsi və türk dünyası ali təhsil məkanında inteqrasiyanın möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az