Bayram günlərində səfərə çıxan vətəndaşların NƏZƏRİNƏ

10:00 - 30 Dekabr 2025

Bayram günlərində səfərə çıxan vətəndaşların NƏZƏRİNƏ

Daxili İşlər Nazirliyi (DİN) bayram günlərində səfərə çıxan vətəndaşlara müraciət ünvanlayıb.


Manset.az xəbər verir ki, nazirliyin Mətbuat xidmətinin yaydığı müraciətdə deyilir:

“Bayram günlərində paytaxtdan bölgələrimizə üz tutan, tətil ərəfəsində səfərə çıxan vətəndaşların sayında çoxluq müşahidə olunur. Bu isə yollarda nəqliyyat sıxlığının yaranmasına və qəzaların baş vermə ehtimalının artmasına səbəb olur. Arzuolunmaz hadisələrin qarşısını almaq və risklərdən sığortalanmaq üçün tətil günlərində daha diqqətli və məsuliyyətli olmaq, sadə qaydalara riayət etmək vacibdir.

- Avtomobilin texniki sazlığını yoxlayın;

- Günün erkən saatlarında yola çıxın;

- Sərxoş və ya yuxulu halda sükan arxasına əyləşməyin;⁠

- Təhlükəsizlik kəmərindən istifadə edin;

- Sürət həddini yol və hava şəraitinə uyğun seçin;

- Ötmə və manevr qaydalarına uyğun davranın;

- Diqqət yayındıran bütün hallardan çəkinin”.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az