Bayram günlərinin təhlükəsiz keçməsi üçün qaydalara əməl edək!

14:15 - 30 Dekabr 2025

Bayram günlərinin təhlükəsiz keçməsi üçün qaydalara əməl edək!

 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları ilə əlaqədar Daxili İşlər Nazirliyi tərəfindən ölkədə, o cümlədən işğaldan azad olunmuş ərazilərdə ictimai asayişin təmini məqsədilə bütün təhlükəsizlik tədbirləri həyata keçirilir.

 

DİN Mətbuat Xidmətindən Manset.az-a bildirilib ki, polis əməkdaşları insanların sıx toplaşdığı məkanlarda və avtomobil yollarında təhlükəsizliyin təmin olunması üçün xidmətlərini gücləndirilmiş rejimdə davam etdirirlər:

"Polisin gördüyü tədbirlər və qanunvericiliyin tələbləri vətəndaşların təhlükəsizliyinin təmin olunmasına xidmət edir. Hər kəsi qaydalara riayət etməyə və ictimai asayişin qorunmasına dəstək göstərməyə çağırırıq" - DİN-in məlumatında deyilir.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az