Abşeron rayon İcra Hakimiyyəti tərəfindən 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi və Yeni İl günü münasibəti ilə şəhid ailələri və onların uşaqları üçün böyük tədbir təşkil edilib.
Manset.az xəbər verir ki, tədbiri giriş sözü ilə Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abidin Fərzəliyev açıb. O, Prezident İlham Əliyevin Ali Baş Komandan kimi rəhbərliyi ilə Qarabağda qazanılmış böyük, tarixi uğurdan bəhs edib və şəhid ailələrinin bizim baş tacımız olduğunu bildirib. İcra başçısı dövlətimizin daim şəhid ailələrinin yanında olduğunu da xüsusi qeyd edib.
Daha sonra tədbirdə bir sıra şəxslər çıxış ediblər. Tədbirin davamında Xalq artisti Röya Ayxan sevilən mahnılarını ifa edib. Şəhid ailələri və övladları onun gəlişini anşlaqla qarşılayıblar. Tədbir digər incəsənət nümayəndələrinin çıxışları ilə davam edib.
Tədbirdən video və fotoları təqdim edirik: