Son surkada koronavirusa yoluxanların sayı AÇIQLANDI

18:05 - 27 Dekabr 2021

Son surkada koronavirusa yoluxanların sayı AÇIQLANDI

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 306 yeni yoluxma faktı qeydə alınıb 560 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Manşet.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 11 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 614 936 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 595 658 nəfər müalicə olunaraq sağalıb, 8 308 nəfər vəfat edib, aktiv xəstə sayı 10 970 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 482, ötən müddət ərzində isə ümumilikdə 5 824 190 test aparılıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az