Şuşa və Hadrutda TV yayımı üçün boş tezliklər Müəyyənləşdi

19:40 - 27 Dekabr 2021

Şuşa və Hadrutda TV yayımı üçün boş tezliklər Müəyyənləşdi

Şuşa və Hadrut radio-televiziya yayım stansiyalarından televiziya yayımının həyata keçirilməsi üçün istifadəyə yararlı boş olan tezliklər müəyyən olunub.

Manşet.az xəbər verir ki, bu barədə Milli Televiziya və Radio Şurasının 2021-ci il üzrə hesabatda bildirilib.

“Ölkəmizin işğaldan azad olunmuş ərazilərində yerüstü rəqəmsal televiziya yayım şəbəkəsinin qurulması məqsədilə müvafiq hesablamalar aparılıb. Əhatə zonaları çıxarılıb, Şuşa və Hadrut radio-televiziya yayım stansiyalarından televiziya yayımının həyata keçirilməsi üçün istifadəyə yararlı boş olan tezliklər müəyyən olunub.

Müvafiq əhatə zonasını təmin edə biləcək televiziya vericilərinin gücləri hesablanıb. Gələcəkdə qurulacaq radio-televiziya antennaları üçün qüllənin forması və hündürlüyü haqqında təkliflər verilib. Hesablamalar zamanı Ermənistan ərazisindən yaradıla bilən interferensiyaların səviyyələri nəzərə alınıb”, - hesabatda qeyd edilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az