Aztv sədri Qarabağda döyüşən əməkdaşlarını mükafatlandırdı - FOTOLAR

19:30 - 28 Dekabr 2021

Aztv sədri Qarabağda döyüşən əməkdaşlarını mükafatlandırdı - FOTOLAR

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC qurumun Vətən müharibəsində iştirak etmiş əməkdaşlarını mükafatlandırıb.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən Manset.az-a verilən məlumata görə, QSC-nin 15 əməkdaşı 44 günlük müharibədə iştirak edib.

QSC sədri Rövşən Məmmədov tədbirdə çıxış edərək şəhidlərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyib. Bildirib ki, Azərbaycan xalqı qəhrəmanlıq göstərərək Vətən uğrunda şəhid

olan övladlarının əziz xatirəsini hər zaman qəlbində yaşadacaq. 

R.Məmmədov xalqımızın müharibə iştirakçılarının hər biri ilə qürur duyduğunu vurğulayıb.

Sədr qurumun qazi əməkdaşlarını Fəxri Fərmanla təltif edib. QSC-nin Həmkarlar İttifaqı Komitəsi onlara qiymətli hədiyyələr təqdim edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az