Hamilə qadınlar peyvənd oluna bilərmi? - AÇIQLAMA

19:37 - 28 Dekabr 2021

Hamilə qadınlar peyvənd oluna bilərmi? - AÇIQLAMA

Azərbaycanda hamilə və südverən qadınlara vaksin vurulması tövsiyə olunur.

Manşet.az xəbər verir ki, bunu səhiyyə nazirinin birinci müavini, səhiyyə naziri vəzifəsini müvəqqəti icra edən Teymur Musayev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, ölkədə nadir hallarda hamilələr könüllü şəkildə koronavirus əleyhinə vaksin vurdururlar: "Yəni hamilələr arasında vaksinasiya halı elə də çox yayılmayıb. Artıq çəkisi, xroniki xəstəliyi olan hamilələr mütləq vaksinasiyadan keçməlidirlər. Bu, ümumdünya praktikasıdır və heç nədən qorxmaq lazım deyil. Virusa yoluxan hamilələr xüsusi şəraitdə müalicə alırlar”.
 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az