"Omicron"un bədənin hansı hissələrinə təsir etdiyi Məlum oldu

19:22 - 04 Yanvar 2022

\"Omicron\"un bədənin hansı hissələrinə təsir etdiyi Məlum oldu

Koronavirusun "omicron” ştammının bədənin hansı hissəsində təsirli olduğu məlum olub.

Manşet.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisi Abdi Mahmud deyib. O, yeni variantın bədənin yuxarı hissələrində təsirli olduğunu bildirib:

"Biz aşkar etdik ki, digər variantlardan fərqli olaraq, "omicron" bədənin yuxarı hissələrinə təsir edir. "Omicron" digər variantlar kimi ağır infeksiyalara səbəb olmur. Bu, hələlik yaxşı xəbər ola bilər, lakin eşitdiyimizə əmin olmaq üçün daha çox vəziyyət hesabatına ehtiyac var".
Ekspert "omicron” üçün ayrıca peyvəndin istehsalının zəruri olub-olmaması ilə bağlı isə bunları deyib:

"Bundan sonra Omicron-un harda inkişaf edəcəyini təxmin etmək çətindir. Ona görə də bu mövzuda qərar vermək hələ tezdir".

Ölkə.Az/


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az