Yazıb-pozan qələm istifadə edənlərin nəticələri ləğv olunacaq? - RƏSMİ

11:44 - 24 Mart 2026

Yazıb-pozan qələm istifadə edənlərin nəticələri ləğv olunacaq? - RƏSMİ

9 və 15 mart tarixlərində tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanında bir sıra abituriyentlər cavab kartını yazıb-pozan qələmlə doldurublar. Bu məsələ ətrafında müzakirələr aparılır və belə qələmdən istifadə edənlərin nəticələrinin etibarsız sayılıb-sayılmayacağı sual doğurur.


Manset.az AzEdu.az-a istinadən xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən (DİM) əldə edilən məlumata görə, yazıb-pozan qələmlə cavab kartını dolduran abituriyentlərin cavabları aydın və düzgün qeyd olunubsa, onlar nəzərə alınacaq.

Qeyd edək ki, buraxılış imtahanının nəticələrinin imtahan başa çatdıqdan təxminən 7 həftə sonra elan edilməsi nəzərdə tutulur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az