"Ermənistanın qonşularına qarşı ərazi iddiaları olmamalıdır"

13:54 - 24 Mart 2026

\"Ermənistanın qonşularına qarşı ərazi iddiaları olmamalıdır\"

Ermənistanın heç vaxt qonşu ölkələrə qarşı ərazi iddiaları olmamalıdır.


Manset.az Report-a istinadən xəbər verir ki, bunu ölkə parlamentinin sədri Alen Simonyan jurnalistlərə bildirib.

"Ermənistanın heç vaxt qonşularına qarşı ərazi iddiaları olmamalıdır. Biz regionda elə münasibətlər qurmalıyıq ki, heç bir ölkə digərinə hücum etmək barədə düşünməsin. Regionumuzda sülhü təmin etmək və müharibənin qarşısını almaq üçün əlimizdən gələn hər şeyi etməliyik", - o vurğulayıb.

Spiker əlavə edib ki, Ermənistanın yeni konstitusiyasının qəbul edilməsi yalnız ölkənin maraqları ilə şərtlənir:

"Mən Ermənistanın maraqları barədə düşünürəm. Ermənistan isə heç kimə ölkəni regionda təhdid hesab etməyə əsas verməyən konstitusiyanın olmasında maraqlıdır".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az