Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə 7-ci sinif şagirdi olan qız pəncərədən yıxılaraq ölüb.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, TƏBİB-dənverilən məlumata görə, bu gün saat 10:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Yasamal rayonundan çağırış qeydə alınıb.
Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib.
Təcili tibbi yardım briqadası tərəfindən naməlum 1 azyaşlının (qadın cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb.
***
Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə bədbəxt hadisə baş verib.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) verilən məlumata görə, 225 nömrəli tam orta ümumtəhsil məktəbinin VII sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) oktyabrın 28-də IV mərtəbənin pəncərəsindən yıxılıb.
“Məktəb rəhbərliyi tərəfindən dərhal təcili tibbi yardım çağırılıb. Təəssüf ki, aldığı xəsarət nəticəsində şagird dünyasını dəyişib.
Məsələ ilə əlaqədar şagirdin ailəsinə və aidiyyəti qurumlara məlumat verilib. Məsələ müvafiq qurumlar tərəfindən nəzarətə götürülüb və müvafiq araşdırmalara başlanılıb.
İctimaiyyətdən araşdırma aparıldığını nəzərə alaraq, məsələyə daha həssas yanaşılması, hadisə barədə rəsmi qurumların açıqlamalarına istinad edilməsi xahiş olunur”, - açıqlamada bildirilib.
***
Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə bədbəxt hadisə baş verib.
Manset.az Oxu.az-a istinadən xəbər verir ki, məktəbin 7-ci sinif şagirdi olan qız pəncərədən yıxılıb.
Hadisə nəticəsində şagird həyatını itirib.