logo
logo logo
logo

Bakıda kişi paltaryuyan maşına görə arvadını döydü 

18:47 - 27 Oktyabr 2026

Bakıda kişi paltaryuyan maşına görə arvadını döydü 

Bakıda arvadını döyən kişiyə cinayət işi açılıb.


Manset.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.

57 yaşlı Sahil Qasımov (şərti adla) yaşadıqları evdə arvadını döyərək xəsarət yetirib.

Buna səbəb isə hadisə olan gecə paltaryuyan maşının işləməsi olub. Belə ki, Sahilin sözlərinə görə, həmin gecə pivə içib evə sərxoş halda gələrək yatmaq istəyib. Lakin paltaryuyan maşının səsi ona mane olub. O, maşını söndürmək istəyəndə arvadı ilə aralarında mübahisə yaranıb. Mübahisə zamanı Sahil qadını vuraraq, xəsarət yetirib.

Zərərçəkən hadisə ilə bağlı polisə şikayət edib. Şikayət əsasında Sahil Qasımov barəsində cinayət işi açılıb.

Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu və zərərçəkənə vurduğu ziyanı ödədiyini deyib. Zərərçəkən qadın da, həmçinin ərinə qarşı şikayət və tələbinin olmadığını qeyd edib.

Məhkəmə cinayət işinə xitam verilməsinə və S.Qasımovun məsuliyyətdən azad olunmasına qərar verib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az