Tanınmış neyrocərrah, professor Əliosman Qədimbəyli təhdid edildiyini bildirib. O, sosial şəbəkə hesabında bununla bağlı videomaterial paylaşıb.
Manset.az xəbər verir ki, tanınmış cərrah paylaşdığı materialda həmin blogerin xəstə ilə birləşərək Əliosman Qədimbəylidən pul qoparmaq niyyəti olduğunu bildirib. Cərrah Ə.Qədimbəyli ona edilən zəngdən sonra həmin xəstəni xəstəxanaya dəvət etsə də, lakin bloger xəstənin xəstəxanaya gəlmək istəmədiyini deyib.
Videomaterialda qeyd edilib ki, əgər cərraha ödənilən pul geri qaytarılmazsa, onun işgüzar nüfuzuna xələl gətiriləcək, material paylaşılacaq.
Həmin videonu təqdim edirik: