Yəməndə husilərin hücumları davam edərkən Misir parlamenti Prezident Əbdülfəttah əs-Sisinin Səudiyyə Ərəbistanına hərbi dəstək göstərməsi üçün ona səlahiyyət verilməsi məsələsini müzakirə edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, parlament Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsi ilə bağlı təklifi təsdiqləyib.
Misir Konstitusiyasının 152-ci maddəsinə əsasən, prezident Milli Müdafiə Şurası ilə məsləhətləşmədən və parlament üzvlərinin üçdə ikisinin razılığını almadan müharibə elan etmək və ya hərbi qüvvələri səfərbər etmək barədə qərar qəbul edə bilməz.
Əbdülfəttah əs-Sisinin sədrliyi ilə keçirilən Milli Müdafiə Şurası ötən həftə Səudiyyə Ərəbistanına dəstək göstərilməsini təsdiqləmişdi.
Sisi krallığa veriləcək hərbi dəstəyin yalnız müdafiə məqsədi daşıyacağını bildirib.