logo
logo logo
logo

Ərdoğan Oktay Saralı vəzifəsindən azad etdi - Açıqlama

20:58 - 25 Oktyabr 2026

Ərdoğan Oktay Saralı vəzifəsindən azad etdi - Açıqlama

Oqtay Saral vəzifədən ayrıldığını təsdiqləyib.


Manset.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, türk jurnalist Talat Atilla Türkiyə Prezidentinin baş müşaviri Oqtay Saralın vəzifədən ayrıldığını təsdiqlədiyini bildirib.

Jurnalist bildirib ki, Sarala zəng edərək vəzifədən azad edilib-edilmədiyini soruşub:

“Bəli. Postlarımızda daimi deyilik. Hörmətli Prezidentimiz məni vəzifəyə gətirdi, onun göstərişi ilə ayrıldım. Heç kimdən incikliyim yoxdur”, - dedi.

“Azərbaycanla bağlı açıqlamalarınıza görəmi?” deyə soruşdum.

“Bəli, elə görünür”, – deyə cavab verdi. Ardınca bu ifadələri işlətdi:

“Əsas olan Türkiyə Cümhuriyyətidir. Əsas olan hörmətli Prezidentimizın uğurudur”.

Qeyd edək ki, Türkiyə KİV-də bir neçə saatdır Saralın vəzifədən uzaqlaşdırılması ilə bağlı xəbərlər yayılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az