logo
logo logo
logo

Türkiyədə keçmiş AKP-li deputat həbs edildi

18:39 - 25 Oktyabr 2026

Türkiyədə keçmiş AKP-li deputat həbs edildi

İstanbul Cümhuriyyət Baş Prokurorluğu tərəfindən kapital bazarlarında aparılan əməliyyatlarla bağlı həyata keçirilən “fond təhqiqatı” çərçivəsində saxlanılan keçmiş AK Partiya deputatı və araşdırma şirkətinin təsisçisi Ertan Aydın haqqında həbs qərarı çıxarılıb.


Manset.az “Qafqazinfo”-ya istinadla xəbər verir ki, məhkəmənin daha əvvəl sabiq deputat barəsində çıxardığı məhkəmə nəzarəti qərarına prokurorluq tərəfindən rəsmi etiraz edilib.

Prokurorluğun etirazını dəyərləndirən məhkəmə heyəti E. Aydın haqqında həbs qətimkan tədbirinin seçilməsinə və onun barəsində həbs qərarı çıxarılmasına hökm edib.

Məlumat üçün bildirək ki, daha əvvəl prokurorluq Ertan Aydının həbs edilməsini tələb etsə də, sülh cəza hakimliyi onun barəsində “yaşayış yerini tərk etməmək” (ev həbsi) və “ölkədən çıxış qadağası” şərti ilə məhkəmə nəzarəti qərarı verərək sərbəst buraxmışdı.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az