Fransanın hüquq-mühafizə orqanları qiymət artımına qarşı etiraz aksiyaları zamanı yaranan iğtişaşların yatırılması gedişində minə yaxın adamı saxlayıb.
Manset.az BFMTV-yə istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Loran Nunyes brifinqdə bildirib.
"Bu gün biz yenidən son dərəcə yüksək səviyyədə zorakılıqla üzləşdik, saxlanılanların sayı artıq min nəfərə yaxınlaşır", - nazir bildirib.
Onun sözlərinə görə, bu, ölkənin bir çox şəhərlərində etirazların iğtişaşlara və qarətlərə çevrildiyi 17 oktyabrda olduğundan nəzərəçarpacaq dərəcədə çoxdur. Nazir etiraf edib ki, bu gün də az sayda mağazalar talan olunub.
Bununla yanaşı, Nunyes yalnız ilkin məlumatlara malik olduğunu etiraf edib və xatırladıb ki, ötən şənbə günü eyni vaxtda 300 zərərçəkmiş mağaza barədə məlumat verilib, halbuki növbəti günün ortalarına doğru onların sayı artıq 3 minə çatıb.
"Bu gün axşam, görünür, vəziyyət tamamilə fərqlidir və əlbəttə ki, buna sevinmək lazımdır. Mən buna görə daxili təhlükəsizlik qüvvələrinə təşəkkür edirəm", - o yekunlaşdırıb.