logo
logo logo
logo

Sumqayıtda maşın piyadaları vurdu - Daha sonra yandı

16:15 - 24 Oktyabr 2026

Sumqayıtda maşın piyadaları vurdu - Daha sonra yandı

Sumqayıt şəhərində üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Manset.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb.

Belə ki, idarəetmədən çıxan "Chevrolet" markalı minik avtomobili yoldan keçən piyadaları vurub, daha sonra səkiyə çırpılıb.

Qəza nəticəsində üç nəfər xəsarət alıb. Onlar təcili tibbi yardım briqadalarının köməyi ilə xəstəxanaya çatdırılıblar.

Toqquşmadan sonra avtomobildə yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikaları cəlb olunub.

Yanğın söndürülüb, alovun ətrafdakı digər avtomobillərə keçməsinin qarşısı alınıb.

Hadisənin başvermə səbəbləri araşdırılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az