Vaşinqtonda Ukrayna səfirliyinin yaxınlığında şübhəli bir əşyanın aşkar edilməsindən sonra təhlükəsizlik qüvvələri səfirlik ətrafındakı yolları bağlayıb.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə yerində mütəxəssislər işləyir və araşdırma davam edir.
Hüquq-mühafizə orqanları əhalini həmin ərazidən uzaq durmağa çağırıb.