logo
logo logo
logo

Ombudsmanın hüquqi nəşrlərinin təqdimat mərasimi keçirildi - FOTOLAR

18:29 - 23 Oktyabr 2026

Ombudsmanın hüquqi nəşrlərinin təqdimat mərasimi keçirildi - FOTOLAR

Bakı Ekspo Mərkəzində təşkil olunan XII Bakı Beynəlxalq Kitab Sərgisində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşkilatçılığı ilə Ombudsman təsisatının hüquqi nəşrlərinin təqdimat mərasimi keçirilib.


Manset.az xəbər verir ki, tədbirdə Ombudsman Aparatının fəaliyyətə başladığı dövrdən əhali arasında hüquqi maarifləndirmə işinin həyata keçirilməsinə, eləcə də hüquq elminin inkişaf etdirilməsinə xüsusi diqqətlə yanaşdığı qeyd edilib. Təsisat tərəfindən mütəmadi olaraq müxtəlif dillərdə kitablar, lifletlər və bukletlərin hazırlanaraq nəşr edildiyi, eləcə də əhalinin hüquqi biliklərinin artırılması məqsədilə maarifləndirici tədbirlərin təşkil olunduğu diqqətə çatdırılıb.

Eyni zamanda, tədbirdə Ombudsmanın insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində fəaliyyəti barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, Müvəkkil informasiya əldə etmək hüququnun, uşaq hüquqlarının, əlilliyi olan şəxslərin hüquqlarının, bərabərlik hüququnun təmini, ayrı-seçkiliyin qarşısının alınması və digər istiqamətlərdə çoxşaxəli fəaliyyət həyata keçirir.

Tədbir zamanı, həmçinin Ombudsmanın təşəbbüsü ilə hazırlanmış maarifləndirici çap vəsaitləri nümayiş olunub.

Qeyd edək ki, builki sərgidə Ombudsman təsisatının Azərbaycan, türk, rus, ingilis, Ukrayna, fransız və alman dillərində 288 adda nəşri sərgilənməkdədir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az