Türkiyənin Zonquldak vilayətinin Kilimli rayonuna bağlı Gəlik qəsəbəsində yerləşən özəl mədəndə metan qazının partlayışı baş verib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Gəlik qəsəbəsindəki özəl mədən ocağında qeydə alınıb. Partlayışdan sonra əraziyə müvafiq xilasetmə və təcili yardım qrupları cəlb olunub.
Hadisə nəticəsində 2 fəhlə həlak olub, 5 nəfər yaralanıb. Yaralılara hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra onlar xəstəxanalara çatdırılıblar. Yaralılardan 2-nin vəziyyətinin ağır olduğu bildirilir.
Hadisənin səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırmaya başlanılıb.