logo
logo logo
logo

"İranla müharibənin heç bir faydası olmayacaq" - İrandan ABŞ-yə MESAJ

12:01 - 23 Oktyabr 2026

\"İranla müharibənin heç bir faydası olmayacaq\" - İrandan ABŞ-yə MESAJ

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ rəhbərliyinə və xalqına müraciət edərək, İranla mümkün müharibənin ABŞ-yə fayda verməyəcəyini, əksinə, ağır nəticələrə səbəb olacağını bildirib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Qalibaf ABŞ-nin X sosial şəbəkəsindəki hesabında “Matris” filmindən bir görüntü paylaşaraq İranla müharibənin mümkün nəticələrinə diqqət çəkib.

İranla müharibənin ABŞ-yə fayda gətirəcəyini düşünənlərin yanıldığını bildirən Qalibaf qeyd edib ki, belə bir münaqişə nəticəsində fond bazarlarının çökməsi, döyüş təyyarələrinin vurulması, borcların artması, inflyasiyanın yüksəlməsi və həlak olan hərbçilərin sayının çoxalması da daxil olmaqla, azı 10 mənfi nəticə ilə üzləşmək mümkündür.

Qalibaf bu nəticələrin ABŞ cəmiyyəti üçün ağır olacağını vurğulayıb. O bildirib ki, amerikalılar belə bir yolu seçməyə məcbur deyillər, lakin bu istiqamətdə qərar versələr, onun nəticələrinə dözməli olacaqlar.

ABŞ vətəndaşlarını mövcud vəziyyəti sorğulamağa və nəticəsiz münaqişədən uzaq durmağa çağıran Qalibaf fikirlərini belə ifadə edib:

“10 həbin hamısı zərərlidir. Qırmızı və ya mavi həb yoxdur — hamısı zülmət qaradır. Onların heç birini qəbul etməyə məcbur deyilsiniz. Lakin qəbul etsəniz, hamısını birdən qəbul etmiş olacaqsınız. Süni şəkildə yaradılmış matrisanı dağıdın və oradan çıxın”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az