logo
logo logo
logo

“Təmiz hava” aylığı çərçivəsində nəzarət tədbirləri keçirilir 

16:12 - 23 Oktyabr 2026

“Təmiz hava” aylığı çərçivəsində nəzarət tədbirləri keçirilir 

Avtomobillərin atmosferə buraxdığı zərərli tullantıların azaldılması məqsədilə nəzarət tədbirləri həyata keçirilir.


Manset.az xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının birgə iştirakı ilə keçirilən tədbirlər oktyabrın 1-dən noyabrın 1-dək davam edən “Təmiz hava” aylığı çərçivəsində təşkil olunur.

Aylıq müddətində sürücülər və sahibkarlarla avtomobillərin texniki vəziyyətinin daim nəzarətdə saxlanılmasının vacibliyi barədə maarifləndirici söhbətlər aparılır. Eyni zamanda, atmosferə normadan artıq çirkləndirici maddələr buraxan nəqliyyat vasitələrinin idarə edilməsinə və istismarına şərait yaradan şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülür.

Qurumlar sürücülərə, eləcə də sərnişin və yükdaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə avtomobillərini texniki cəhətdən saz vəziyyətdə saxlamağı tövsiyə ediblər.


Fidan Vəlisoy


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az