logo
logo logo
logo

Türkiyədə ağır yol qəzası - Polis əməkdaşı həlak oldu

16:42 - 23 Oktyabr 2026

Türkiyədə ağır yol qəzası - Polis əməkdaşı həlak oldu

Türkiyənin Van vilayətinin Gürpınar rayonunda yük maşını ilə mikroavtobus toqquşub.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, qəza nəticəsində bir nəfər həlak olub, 11 nəfər yaralanıb.

Qəza Çavuştəpə məhəlləsi yaxınlığında, 30 AAH 872 dövlət qeydiyyat nişanlı mikroavtobusla 13 ABC 402 nömrə nişanlı yük maşınının toqquşması nəticəsində baş verib.

Toqquşmanın təsirindən hər iki nəqliyyat vasitəsi yol kənarındakı əkin sahəsinə düşüb. Hadisə nəticəsində nəqliyyat vasitələrində olan 12 nəfər xəsarət alıb.

Məlumat daxil olduqdan sonra hadisə yerinə polis, jandarm, təcili tibbi yardım və yanğınsöndürmə qrupları göndərilib.

Yaralılar təcili yardım maşınları ilə şəhərdəki xəstəxanalara çatdırılıblar. Onlardan birinin həkimlərin səylərinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.

Həlak olan şəxsin Hakkari vilayətinin Şəmdinli rayonunda xidmət edən polis əməkdaşı olduğu məlum olub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az