İordaniyanın Kərək şəhərində yerləşən kilsədə silahlı hücum baş verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, silahlı şəxslərin atəş açması nəticəsində 7 nəfər həlak olub, 10 nəfər yaralanıb.
Məlumata görə, avtomobildən düşən iki silahlı şəxs kilsədə dəfn mərasimi keçirilən zaman atəş açıb.
Hadisədən sonra təhlükəsizlik qüvvələri hücum edən şəxslərin saxlanılması üçün əməliyyata başlayıb.