Çinin cənub-qərbində yerləşən Tibet Muxtar Rayonunda baş verən 7 bal gücündə zəlzələ nəticəsində 16 nəfər həyatını itirib, 76 nəfər yaralanıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, yaralılardan 11-nin vəziyyətinin ağır olduğu bildirilir.
Bölgədə 12 mindən çox insan təhlükəsiz ərazilərə köçürülüb.
Qeyd edək ki, zəlzələ yerli vaxtla dünən saat 22:33-də qeydə alınıb.
Rəsmilərin açıqlamasına görə, yeraltı təkanlar ciddi dağıntılara və insan tələfatına səbəb olub.