ABŞ Prezidenti Donald Trampın seçki mitinqlərində çıxışını yarımçıq kəsərək anlaşılmaz səslər çıxarması və silah səslərini təqlid etməsi beynəlxalq mətbuatda müzakirələrə səbəb olub.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, 80 yaşlı Tramp Cənubi Karolina ştatında çıxışı zamanı cümlənin ortasında boğuq səs çıxarıb, başqa bir çıxışında isə silah səsini təqlid edib. Sosial şəbəkələrdə onun idrak sağlamlığı ilə bağlı iddialar yenidən gündəmə gəlib.
ABŞ-də noyabrın 3-də keçiriləcək aralıq seçkilər yaxınlaşdıqca Prezident Donald Trampın mitinqlərdəki çıxışları da əsas müzakirə mövzularından biri olaraq qalır.
Britaniyanın “Metro” qəzeti və ABŞ-nin “The New Republic” nəşrinin təhlillərinə görə, Tramp oktyabrın 21-də Cənubi Karolina ştatının Pendlton şəhərində çıxışı zamanı keçmiş ştat qubernatoru Nikki Heylinin Birləşmiş Millətlər Təşkilatındakı səfir vəzifəsinə təyin edilməsi barədə qərarını izah edərkən cümləsini yarımçıq saxlayaraq boğuq səs çıxarıb.
Görüntülər sosial şəbəkələrdə geniş yayılıb. Bəzi şərhçilər bunun qəsdən edilən təqlid, yoxsa qeyri-iradi səs olduğunu müzakirə ediblər.