Nepalda Himalay dağlarında dırmanış zamanı itkin düşən iki yapon alpinistin meyiti aşkarlanıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Nepal rəsmilərinin məlumatına görə, ölkənin şimal-qərbində yerləşən Himalay dağlarının zirvələrindən birinə qalxarkən oktyabrın 15-dən bəri itkin düşən iki yapon alpinistin cəsədi tapılıb.
Alpinistlərin meyitlərinin dəniz səviyyəsindən 7 140 metr yüksəklikdə yerləşən Qanqapurna dağının qərb zirvəsində aşkarlandığı bildirilib.
Meyitlərin tibbi ekspertizanın aparılması üçün Nepalın paytaxtı Katmandudakı xəstəxanalardan birinə aparılması gözlənilir.