logo
logo logo
logo

"Zirə" "Sumqayıt"a qalib gəldi 

21:16 - 23 Oktyabr 2026

\"Zirə\" \"Sumqayıt\"a qalib gəldi 

Misli Premyer Liqasında IX turun daha bir oyunu keçirilib.


Manset.az xəbər verir ki, günün ikinci oyununda "Zirə" "Sumqayıt"ı qəbul edib.

Qarşılaşma "qartallar"ın qələbəsi ilə yekunlaşıb - 3:2.

Bakı klubunun qollarını 8-ci dəqiqədə penaltidən Ruan Renato, 21-ci dəqiqədə Rikardo Martins, 83-cü dəqiqədə Davit Volkov vurublar.

"Gənclik şəhəri" təmsilçisində Nihad Əhmədzadə 39-cu, Keffel Resende 56-cı dəqiqədə fərqlənib.

Xallarının sayını 15-ə çatdıran "Zirə" dördüncü pilləyə yüksəlib. "Sumqayıt" 8 xalla səkkizinci sıradadır.

Günün ilk görüşündə "Qəbələ" səfərdə "Araz-Naxçıvan"ı məğlub edib -2:1.

Xatırladaq ki, tura oktyabrın 25-də yekun vurulacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az