logo
logo logo
logo

Bolqarıstan Olimpiya Komitəsinin vitse-prezidenti güllələndi

17:12 - 24 Oktyabr 2026

Bolqarıstan Olimpiya Komitəsinin vitse-prezidenti güllələndi

Sofiyada Bolqarıstan Olimpiya Komitəsinin vitse-prezidenti, yerli taekvondo federasiyasının prezidenti Slavi Binev öldürülüb.


Manset.az Nova telekanalına istinadən xəbər verir ki, o, başından güllələnərək öldürülüb, hadisə yerində giliz aşkar edilib.

Qətl barədə məlumat alındıqdan təxminən bir saat sonra hakimiyyət orqanları "Trayanın qapıları" tuneli rayonunda silahla üç nəfəri – bir Bolqarıstan vətəndaşını, iki Türkiyə vətəndaşını saxlayıb.

Cinayətin motivinin nizama salınmamış maliyyə münasibətləri olduğu ehtimal edilir.

Saxlanılanların silah saxlamaq üçün icazəsi olub.

Sofiya şəhər prokurorluğu artıq iş üzrə məhkəməyə qədərki araşdırmaya başlayıb. Sabah saxlanılan üç nəfərə ittiham irəli sürülüb-sürülməyəcəyi və onların 72 saat ərzində həbs altında saxlanılıb-saxlanılmayacağı məlum olacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az