logo
logo logo
logo

Barselonada küçə iğtişaşları - 100-dən çox şəxs saxlanıldı 

14:40 - 25 Oktyabr 2026

Barselonada küçə iğtişaşları - 100-dən çox şəxs saxlanıldı 

İspaniyanın Kataloniya muxtar vilayətinin paytaxtı Barselonada sosial şəbəkələrdə edilən çağırışlardan sonra kütləvi iğtişaşlar və talanlar baş verib. 


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, polisin həyata keçirdiyi əməliyyat nəticəsində 100-ə yaxın şəxs saxlanılıb.

Nəşr yazır ki, iğtişaşlar axşam saat 18:00 radələrində başlayıb və bütün gecə boyunca davam edib. Şəhərin mərkəzinə axışan yüzlərlə gəncin aksiya keçirməkdə dəqiq məqsədi məlum olmasa da, nümayişlər kütləvi vandalizmlə müşayiət olunub.

İğtişaşçılar zibil konteynerlərini yandırıb, dayanacaqları dağıdıb, velosipedləri və motosikletləri yararsız hala salıb, mağazaları qarət ediblər. Nəticədə hüquq-mühafizə orqanları 100-ə yaxın şəxsi saxlayıb. Saxlanılanların dörddə birinin yetkinlik yaşına çatmayan gənclər olduğu bildirilir. 

Kataloniya muxtar vilayətinin rəhbəri Salvador İlya baş verənləri sərt şəkildə qınayaraq zorakılığın yolverilməz olduğunu bəyan edib:

“Kataloniyada zorakılığa yer yoxdur. Heç vaxt olmamalıdır! Ərazidə etiraz etmək demokratik bir hüquqdur. Lakin hücumlar, qorxutma və dövlət/özəl əmlaka ziyan vurmaq demokratik hüquq sayıla bilməz”.

Barselona meri Xaume Kolboni də iğtişaş törədənlərin cəzalandırılacağını diqqətə çatdırıb:

“Baş verənlər cavabsız qalmayacaq. Yetkinlik yaşına çatmayanların əməllərinə görə onların valideynləri birbaşa hüquqi məsuliyyət daşıyacaqlar. Biz şəhərin dağıdılmasına asla icazə verməyəcəyik”


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az