“Beşiktaş”ın müdafiəçisi Ümit Akdağın sağ əlində sınıq aşkarlanıb.
Manset.az Qol.az-a istinadən xəbər verir ki, 23 yaşlı futbolçunun sağ əlində metakarpal sümüyün yerdəyişməsiz sınığı müəyyən edilib və onun müalicəsinə başlanılıb.
Akdağ UEFA Avropa Liqasında “Kristal Pelas”la matçda “Beşiktaş”ın start heyətində ilk dəfə meydana çıxıb. Gənc müdafiəçi görüşün 78-ci dəqiqəsində qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.