“Microsoft” şirkətinin həmtəsisçisi Bill Qeyts süni intellekt və robot texnologiyalarının sürətli inkişafının qarşıdakı 20 il ərzində iqtisadi və ictimai təlatümlərə yol aça biləcəyi barədə xəbərdarlıq edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, “Decoder” adlı podkast proqramında çıxış edən Qeyts süni intellektə əsaslanan iqtisadiyyata keçidin məşğulluq strukturunu köklü şəkildə dəyişdirə biləcəyini və insanların cəmiyyətdəki rolları ilə bağlı suallar doğura biləcəyini bildirib.
“Ən böyük narahatlığım qaliblərin və məğlubların olacağı, çoxsaylı sarsıntıların yaşanacağı bu 20 illik keçid dövrüdür”, – deyə Qeyts vurğulayıb.