logo
logo logo
logo

ABŞ-dən Ər-Riyaddakı səfirlik əməkdaşlarına ÇAĞIRIŞ

11:56 - 26 Oktyabr 2026

ABŞ-dən Ər-Riyaddakı səfirlik əməkdaşlarına ÇAĞIRIŞ

ABŞ-nin Ər-Riyaddakı səfirliyi təhlükəsizlik səbəbindən Səudiyyə Ərəbistanında olan zəruri olmayan əməkdaşlarına və onların ailə üzvlərinə ölkəni tərk etmələri barədə çağırış edib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, səfirlik ABŞ-nin X sosial şəbəkəsindəki rəsmi hesabında yaydığı açıqlamada ölkədəki səfirlik əməkdaşları və onların ailə üzvləri ilə bağlı təhlükəsizlik xəbərdarlığı edib.

Ölkəni tərk etmək qərarının ötən cümə günündən qüvvədə olduğu bildirilən açıqlamada qeyd olunub ki, İranın dəstəklədiyi husilər Səudiyyə Ərəbistanına qarşı həyata keçirdikləri hücumlar zamanı mülki hava limanlarını və strateji əhəmiyyətli infrastrukturu hədəfə alıblar. Hücumlar nəticəsində mülki şəxslərin öldüyü, hava nəqliyyatında isə ciddi problemlərin yarandığı vurğulanıb.

Açıqlamada hücumların qısa müddət ərzində daha da şiddətlənə və digər ərazilərə yayıla biləcəyi ehtimalına da diqqət çəkilib.

Səfirliyin bəyanatında, həmçinin son raket və pilotsuz uçuş aparatı (PUA) hücumlarından sonra Səudiyyə Ərəbistanında çalışan ABŞ hökumətinin əməkdaşlarının ölkə daxilindəki istənilən hava limanından istifadə etmək üçün diplomatik nümayəndəliyin rəhbərindən xüsusi icazə almalı olduqları bildirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az