logo
logo logo
logo

İsrail Qəzzaya yenidən zərbələr endirdi - Ölənlər var

22:55 - 25 Oktyabr 2026

İsrail Qəzzaya yenidən zərbələr endirdi - Ölənlər var

İsrail ordusunun Qəzza zolağına endirdiyi növbəti hava zərbələri nəticəsində azı 7 nəfər həyatını itirib.


Manset.az xəbər verir ki, bu barədə Associated Press agentliyi Fələstinin tibb müəssisələrinin məlumatlarına istinadən xəbər yayıb.

Bildirilib ki, hücumlar nəticəsində daha 8 nəfər yaralanıb.

Məlumata əsasən, Qəzza şəhərində həyata keçirilən iki hücumda 4 nəfər, Xan Yunisdə 2 nəfər, Deyr əl-Bələh şəhərində isə 1 nəfər ölüb.

İsrail ordusu həmin zərbələrlə bağlı dərhal rəsmi açıqlama verməyib.

Qeyd edək ki, 2025-ci ilin oktyabrında atəşkəs razılaşmasının qüvvəyə minməsinə baxmayaraq, Qəzza zolağında hərbi əməliyyatlar davam edir.

Bölgənin Səhiyyə Nazirliyinin məlumatına görə, atəşkəs dövründə ölən fələstinlilərin sayı 1500 nəfəri ötüb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az