logo
logo logo
logo

"ABŞ Ukraynaya kəşfiyyat dəstəyini tam bərpa edib" - Zelenski

23:33 - 25 Oktyabr 2026

\"ABŞ Ukraynaya kəşfiyyat dəstəyini tam bərpa edib\" - Zelenski

ABŞ Ukraynaya tamhəcmli kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib və “Starshield” peyk rabitə sisteminə tətbiq olunan məhdudiyyətləri aradan qaldırıb.


Manset.az APA-ya istinadən xəbər verir ki,bunu Ukrayna Prezidenti Volodimir Zelenski açıqlayıb.

Onun sözlərinə görə, Vaşinqtonun qərarı Ukraynanın müdafiə imkanlarının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Bununla belə, Zelenski ölkəsinin qarşılaşdığı əsas problemlərdən birinin hava hücumundan müdafiə vasitələrinin çatışmazlığı olduğunu bildirib.

Ukrayna Prezidenti ABŞ-da keçiriləcək aralıq seçkiləri zamanı “Starlink” peyk rabitəsi ilə bağlı yeni problemlərin yarana biləcəyini də istisna etməyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az