Oktyabrın 24-də və 25-də ölkə ərazisində qeydə alınan 52, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis tərəfindən təmin olunub.
DİN-in Mətbuat Xidmətindən Manset.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 76, o cümlədən borclu şəxs qismində axtarışda olan 32 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 65 nəfər saxlanılıb.